Borrelin ikili standartı və Ermənistan “maska”sı – BAXIŞ BUCAĞI

2024/06/1719210057.jpg
Oxunub: 495     20:35     24 İyun 2024    
İsveçrədə Ukrayna müharibəsinə həsr olunmuş sülh konfransı zamanı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel belə bir fikir bildirib ki, işğalçı atəşkəs şərtini diktə edə bilməz.

O, Rusiya prezidenti Vldaimir Putinin İsveçrə konfransından əvvəl atəşkəsə istinad edən təklifini belə şərh edib. Borrel tamamilə haqlıdır: təcavüzkar atəşkəsi diktə edə bilməz. Məsələ burasındadır ki, həmin Borrel nədənsə başqa bir işğalçı Ermənistanıın bu nəyisə diktə etməsinin əleyhinə deyil. Rusiya ilə Ukrayna arasındakı müharibəyə, Ukrayna münaqişəsinə gəldikdə, Borrel və avropalı bürokratların məntiqi kifayət qədər yaxşı işləyir.

Söhbət Ermənistan və Azərbaycanın münaqişəsindən, 1 milyondan artıq məcburi köçkünün öz yurdlarından didərgin düşməsindən və ərzilərimizin məhvindən getdikdə, artıq Avropa bürokratları, o cümlədən yaxın vaxtlarda vəzifəsini tərk etməyə hazırlaşan Borrel halında məntiq axsamağa başlayır.

Üstəlik, məsələn, Ermənistanda artan radikal ritorikanı nəzərə alsaq, kimin ritorikasının qonşuya qarşı daha döyüşkən və aqressiv olduğunu söyləmək hətta kifayət qədər çətindir. Putinin başqa dövlətə hücumundan, Azərbaycanın isə öz ərazilərini azad etməsindən danışmamaq ikiüzlülükdür. Güc tətbiqinin və ya güc tətbiqi hədəsinin istisna edilməsi təkcə bir dövlətin digər dövlətə qarşı münasibətinə deyil, həm də müxtəlif münaqişələrə aiddir. Bu münaqişələrin sülh yolu ilə həlli sadəcə olaraq beynəlxalq hüququn əsas prinsiplərindən biridir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Putin   İsveçrə  


Bizi "telegram"da izləyin