Fransa Ermənistana CAESAR haubitsaları verəcək

2024/06/fdfdf-1718695571.jpg
Oxunub: 377     11:08     18 İyun 2024    
"Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməyə davam edirik".

Ordu.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lekornu "X" hesabında bildirib.

O qeyd edib ki, "Eurosatory" müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı beynəlxalq sərgi çərçivəsində ermənistanlı həmkarı Suren Papikyanla görüşüb. Fransalı nazir bu görüşü səmərli və məhsuldar adlandırıb.

"CAESAR haubitsalarının alınması üçün müqavilənin imzalanması ilə yeni mühüm mərhələyə qədəm qoyduq", - Lekornu əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ermənistan   CAESAR  


Bizi "telegram"da izləyin