Azərbaycan Prezidenti: "İtaliya ilə ticarət dövriyyəsi 15 milyard dolları ötüb"

2024/06/1719393747.jpg
Oxunub: 154     13:20     26 İyun 2024    
Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 15 milyard dolları ötüb.

Ordu.az-ın məlumatına görə, bunu Bakıda İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərir.

O vurğulayıb ki, Avropa məkanında Azərbaycanın ticarət əlaqələrinin böyük hissəsinin İtaliyanın payına düşür.

Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İtaliya  


Bizi "telegram"da izləyin