Türkiyə Prezidenti NATO-nun yeni baş katibi ilə danışıb

2024/06/16718-1719399729.jpg
Oxunub: 181     14:34     26 İyun 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun yeni baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.

Qeyd olunub ki, R.T.Ərdoğan yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib.

Xatırladaq ki, M.Ruttenin Alyansın yeni baş katibi postuna təyinatı təsdiqlənib. O, bu vəzifədə Yens Stoltenberqi əvəz edib.

Qeyd edək ki, adıçəkilən siyasətçi indiyədək Niderlandın baş naziri vəzifəsini icra edirdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Rutte  


Bizi "telegram"da izləyin