Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

2024/06/1717737863.jpg
Oxunub: 256     13:28     26 İyun 2024    
Ukrayna Prezidenti Volodimir Zelenski Pilotsuz Sistemlər Qüvvələrinin yaradılması haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiq edən fərman imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin saytında məlumat yayımlanıb.

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının “Ukrayna Silahlı Qüvvələrinin strukturunda ayrıca qüvvə növü kimi pilotsuz sistemli qoşunların yaradılması haqqında” qərarı qüvvəyə minsin”, - deyə fərmanda deyilir.

Bu sənəd dərc edildiyi gündən qüvvəyə minir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Ordu   Qoşun-qüvvələri  


Bizi "telegram"da izləyin