Ermənistan təxribat atmosferi formalaşdırmağa “mərc” edəcək – ANALİZ

2024/03/332-1-1709972236.jpg
Oxunub: 720     21:38     09 Mart 2024    
Martın 7-də Baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan və Ermənistan demarkasiya komissiyalarının növbəti iclası keçirilib.

Bu məlumata görə, tərəflər demarkasiya məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılmasına başlayıblar, eləcə də sərhədlərin müəyyənləşdirilməsi işlərinin həyata keçirilməsi qaydası ilə bağlı müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Qeyd olunur ki, onlar komissiyaların birgə fəaliyyəti ilə bağlı əsasnamə layihəsi üzrə razılaşmanın qısa müddət ərzində başa çatdırılması barədə razılığa gəliblər. Bir neçə həftə əvvəl görüşlərin təfərrüatları barədə məlumat dərc etməməyə razılaşdıqları barədə informasiya yayılmışdı. Bir tərəfdən, bu, başadüşülən şəkildə işi lazımsız manipulyasiya təsirlərindən uzaqlaşdırmaq cəhdi ilə bağlı ola bilər, digər tərəfdən, təfərrüatların açıqlanmaması ilə bağlı razılaşmanın özü xüsusən açıq-aydın şəkildə konstruktiv inkişaf niyyəti olmayan Ermənistan üçün manipulyativ vəziyyətə çevrilə bilər.

Həm baş nazir, həm də digər rəsmilər səviyyəsində Ermənistanın sülh prosesi və ya gündəmi ilə bağlı bəyanatları bunu sübut edir. Həmin bəyanatlarda manipulyasiya rəhbər tutulur, vaxt qazanmaq strategiyası saxlanılır, hətta zaman-zaman Nerkin Handda olduğu kimi təxribata cəhd dərəcəsinin dalğalanması nəzərə çarpa bilər. Biz dəfələrlə Ermənistanın davranış motivlərinə toxunmuşuq, bunlar beynəlxalq vəziyyətin qeyri-müəyyənliyi və gözlənilməzliyi diapazonunda olmaqla yanaşı, İrəvanın bölgəyə regiondankənar qüüvələri dəvət etməsi ilə də bağlıdır.

Burada, bu xülasədə Ermənistan sülh sazişi layihəsi ətrafında danışıqlar prosesini məqsədyönlü şəkildə çıxılmaz vəziyyətə apardığı kimi, bu, yəqin ki, demarkasiya və delimitasiya komissiyalarının işini çıxılmaz vəziyyətə aparmağa düşünülüb, çünki danışıqlar prosesində dağıdıcı davranış, demarkasiya və delimitasiya məsələlərində isə əksi ola bilməz.

Bunlar əslində üzvi olaraq əlaqəli məsələlərdir, buna görə də biri halında açıq-aşkar qeyri-konstruktiv mövqe tutan İrəvan eyni metodologiya ilə digərinə yanaşacaq, onu çıxılmaz vəziyyətə aparmağa çalışacaq, demarkasiyadan qaçmaq üçün təxribat atmosferi formalaşdırmağa “mərc” edəcək. Bu hal komissiyaların iş prosesində rəsmi Bakının əsas çağırışlarından biridir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin