Böyük Rusiya-İran müqaviləsi perspektivi Qafqazda yeni cəbhə açacaq? – ANALİZ

2024/01/1705479809.jpg
Oxunub: 1060     17:22     17 Yanvar 2024    
Yanvarın 15-də Rusiya və İranın müdafiə nazirləri arasında telefon danışığı olub. Telefon danışığı ilə bağlı verilən rəsmi açıqlamada iki ölkə arasında böyük dövlətlərarası sazişdən bəhs edilir.

Bu müqavilə haqqında çoxdan danışılır və müxtəlif səviyyələrdə müzakirə olunur. Müdafiə nazirləri arasında telefon danışığından sonra yayılan açıqlamada müqavilənin qeyd olunması onu deməyə əsas verir ki, iki nazir bununla bağlı məsələləri müzakirə edib və müəyyən razılaşmalar əldə ediblər. Şübhə yoxdur ki, böyük ikitərəfli sazişin imzalanmasının ləngiməsi onun məzmununun tam razılaşdırılmaması ilə bağlıdır.

İndi müdafiə nazirləri səviyyəsində göndərilən siqnal onu göstərir ki, bu səviyyədə kifayət qədər sabit ümumi yanaşmalar formalaşıb. Eyni zamanda diqqətəlayiqdir ki, Rusiya tərəfinin yaydığı açıqlamada ölkələrin böyük sazişdə ikitərəfli ərazi bütövlüyü və suverenliyin açıq şəkildə tanınmasını vurğulayacaqları qeyd olunur. Bu sətir ona görə diqqətəlayiqdir ki, bir neçə gün əvvəl İran və BƏƏ arasında mübahisə predmeti olan üç ada ilə bağlı “BƏƏ yönümlü” bəyanatlar verən Moskvaya İran narazılığını bildirib.

İndi müdafiə nazirləri səviyyəsindəki telefon danışığından və açıqlamadan belə bir təəssürat yaranır ki, İranla Rusiya arasında bununla bağlı “anlaşılmazlıq” aradan qaldırılıb. Nəhayət, böyük ikitərəfli razılaşmanın yaxın olub-olmaması hələ də bəlli deyil, lakin bunun geniş mənada, bəlkə də Ukraynadan Babül-Məndəb boğazına qədər tamamilə yeni bir vəziyyət demək olacağı şübhəsizdir. Təbii ki, Qafqaz da bu sıraya daxildir. Rusiya ilə İran arasında münasibətlərin bu cür dərinləşməsi təbii ki, Rusiya-İran yaxınlaşmasını strateji təhlükə hesab edən güc mərkəzlərinin etirazına səbəb olacaq.

ABŞ İran və Rusiya arasında dərinləşən müttəfiqliyin qarşısını almaq üçün “hər şeyi etməyə” hazır olduğunu bəyan edib. Bu gün ABŞ Britaniya ilə birlikdə İranın dəstəklədiyi Yəmən husilərni hədəf alıb ki, bu da əslində İranı hədəf almaq deməkdir. Bütün sual ondan ibarətdir ki, İranı hədəfə almaq üçün yeni “dayaq məntəqələri” seçiləcəkmi?

Burada birmənalı iddialar üçün əsaslar yoxdur, lakin onu da qeyd etmək lazımdır ki, fərqli maraqlar var və məsələn, ABŞ və Britaniyanın Babül-Məndəb boğazında Yəmənə qarşı birgə hərəkət etməsi heç də Qafqazda İrana qarşı “dayaq məntəqəsi” təzahürləri ilə bağlı eyni birliyin ola biləcəyi demək deyil.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   Qafqaz  


Bizi "telegram"da izləyin