Eyni zamanda hazırda hər hansı bir formatda görüşlərin olmaması göstərir ki, tərəflər arasında müqavilənin mətni ətrafında ya xarici işlər nazirləri, ya da birinci dərəcəli şəxslər səviyyəsində görüşləri və bu görüşlər zamanı müzakirələri mümkün edəcək razılaşma yoxdur. Bu müddət ərzində Azərbaycan, belə demək mümkündürsə, iki yeni haqlı və vacib tələb qaldırıb. Bu yanaşmalardan biri odur ki, Azərbaycan Ermənistandan revanşın olmaması və ərazi bütövlüyünün tam tanınması ilə bağlı zəmanət, inandırma gözləyir. Digər yanaşma isə budur ki, demarkasiya və delimitasiya prosesi sülh müqaviləsindən ayrı şəkildə həyata keçirilə bilər.
Güman etmək lazımdır ki, İrəvanın bu yaxınlarda aldığı Bakının son təklifləri məhz bunlarla bağlı olacaq. Azərbaycan və Ermənistanın, “transfer”lə olsa da, işləməsi halı özlüyündə sabitliyin idarə edilməsinə töhfə verir, lakin əsas sualın cavabı məhz bu işin məzmunudur.
Aqil Məmmədov
Ordu.az