Şimali Koreya KİV kəşfiyyat peykinin buraxılışının şəkillərini dərc edib - FOTOLAR

2023/11/6053a-1700630069.jpg
Oxunub: 4529     06:14     22 Noyabr 2023    
Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KMTA) Pxenyanın uğurlu həyata keçdiyini bildirdiyi “Malligön-1” kəşfiyyat peykinin buraxılışının şəkillərini dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə agentliyin saytında 16 şəkil yerləşdirilib.

Fotolarda peykli “Çxollima-1” raketinin start prosesi əks olunub. Buraxılışı Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In müşahidə edib.

KMTA-nın məlumatına əsasən, raket noyabrın 21-də saat 22:42-də (Bakı vaxtı ilə 17:42-də) Soxe kosmodromundan buraxılıb, uçuş 705 saniyə çəkib. Daşıyıcı raket verilmiş uçuş trayektoriyasına uyğun hərəkət edib. Beləliklə, “Malligön-1” peyki uğurlu orbitə çıxarılıb.

ABŞ və Yaponiyanın nümayəndələri Şimali Koreyanın peyk buraxılışını uğurlu hesab edib-etməmələrinə dair heç bir açıqlama yaymayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Şimali-Koreya   KMTA  


Bizi "telegram"da izləyin