ANAMA yanında İctimai Şuraya yeni üzvlər seçilib - FOTOLAR

2023/08/34d5a-1692719567.jpg
Oxunub: 4206     19:10     22 Avqust 2023    
Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət səsvermə keçirilib.

Bu barədə Ordu.az-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 2 namizəd - Mirzəyev Umud Rəhim oğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondu) və Qasımov Rey Kərim oğlu (“Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İB) İctimai Şuranın üzvü seçilib.

"ANAMA yanında İctimai Şuranın 7 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi nəzərdə tutulduğundan boş qalan 5 yer üçün 26 avqust 2023-cü il tarixdə saat 10:00-dan 13:00-dək Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir. Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti nümayəndələrinin seçici qismində iştirakları nəzərdə tutulub", - məlumatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: ANAMA   İctimai-Şura  


Bizi "telegram"da izləyin