Tehranda İsrailin hava zərbələri nəticəsində xəsarət alan olmayıb

2026/06/1780922297.jpg
Oxunub: 293     16:37     08 İyun 2026    
Tehranın fövqəladə hallar xidməti İsrailin şəhərə endirdiyi zərbələr nəticəsində ölən və ya yaralananların olmadığı barədə məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə Tehran əyalətinin fövqəladə hallar xidmətinin rəhbəri Məhəmməd İsmayıl Təvəkkoli açıqlama verib.

Onun sözlərinə görə, hazırda Tehran əyalətində baş vermiş son hücumlarla əlaqədar hər hansı xəsarət alan qeydə alınmayıb.

Təvəkkoli bildirib ki, hazırda iki partlayış hadisəsi araşdırılır və təsdiqlənmiş məlumat əldə olunan kimi ictimaiyyətə təqdim ediləcək.

Məlumata görə, iyunun 7-si axşam saatlarında İran İsrailin Livandakı fəaliyyətlərinə cavab olaraq yəhudi dövlətinin şimal bölgələrini raket atəşinə tutub.

Tehran daha əvvəl xəbərdarlıq etmişdi ki, İsrail Livanın paytaxtına hücum edəcəyi təqdirdə cavab zərbəsi endirəcək.

İyunun 8-i gecə saatlarında İsrail İrana cavab hücumu həyata keçirib. İsrail tərəfinin açıqlamasına görə, zərbələrin hədəfi ölkənin qərb və mərkəzi hissələrində yerləşən hərbi obyektlər olub.

Hücum nəticəsində Xuzistan vilayətində yerləşən neft-kimya müəssisəsinin ərazisindəki bəzi tikililərə ziyan dəyib.

Bu gün səhər saatlarında isə İran yenidən İsrail ərazisinə zərbələr endirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin