Ordu.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə Qrossi Vyanada keçirilən mətbuat konfransında İran və İsrailin bugünkü qarşılıqlı zərbələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırkı gərginliyə baxmayaraq, əvvəllər də bu cür böhranlar baş verib və zamanla vəziyyət stabilləşib.
"Biz əvvəllər də buna bənzər hallar görmüşük və vəziyyətin sakitləşdiyi anların da şahidi olmuşuq. Mənim mesajım eyni olaraq qalır: dialoq lazımdır. Bu dialoq müxtəlif formalarda ola bilər", - AEBA rəhbəri deyib.
Qrossi həmçinin qeyd edib ki, aktiv hərbi əməliyyatlar nüvə obyektlərində yoxlanış prosesini çətinləşdirir.
AEBA rəhbəri bildirib ki, hazırda İranın xarici işlər naziri Abbas Əraqçi ilə yalnız "arabir təmaslar saxlayır, amma bütövlükdə əlaqə kanalı pozulub".
Ordu.az