İran İsrail və ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib

2026/03/1773806586.jpg
Oxunub: 219     16:39     08 İyun 2026    
İran ABŞ və İsraillə uzunmüddətli qarşıdurmaya hazır olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, İranın həm İsraillə uzunmüddətli müharibə aparmaq, həm də ABŞ-nin maraqlarına zərbə vurmaq üçün bütün zəruri hazırlıqları tamamlanıb.

O bildirib ki, əgər İsrail və ABŞ “idarəolunan gərginlik” vasitəsilə İranın cavab imkanlarını məhdudlaşdıra biləcəklərini düşünürlərsə, ciddi səhvə yol verirlər.

Mənbə vurğulayıb ki, İran gərginliyin səviyyəsini və İsrailə qarşı cəza tədbirlərini elə həddə çatdıracaq ki, qarşı tərəf öz addımlarını davam etdirdiyinə görə peşman olacaq.

Onun sözlərinə görə, yaxın günlər ABŞ və İsrailin hesablamalarının yanlış olduğunu göstərəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   ABŞ  


Bizi "telegram"da izləyin