Tehranda sakinlər üçün yeraltı sığınacaqlar hazırlanır

2026/04/1777437793.jpg
Oxunub: 214     16:42     08 İyun 2026    
Tehran rəhbərliyi yeraltı avtomobil dayanacaqlarını sakinlər üçün sığınacaqlara çevirməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Tehran meriyasının rəsmi nümayəndəsi Əbdülmütəhir Məhəmmədxani İranın SNN nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə zəruri normativ qaydaların müəyyənləşdirilməsi üçün bir sıra addımlar atılır.

Məhəmmədxani qeyd edib ki, layihənin məqsədi mümkün təhlükələr zamanı əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.

Xatırladaq ki, iyunun 8-i gecə saatlarında İsrail qüvvələri Xuzistan vilayətinin Bəndər Məhşəhr şəhərində yerləşən neft-kimya kompleksinin bir neçə obyektinə zərbə endirib.

Buna cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri İsrailin Hayfa şəhərində yerləşən neft-kimya müəssisələrinə hücum həyata keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   İran  


Bizi "telegram"da izləyin