Ordu.az xəbər verir ki, bu barədə Tehran əyalətinin fövqəladə hallar xidmətinin rəhbəri Məhəmməd İsmayıl Təvəkkoli açıqlama verib.
Onun sözlərinə görə, hazırda Tehran əyalətində baş vermiş son hücumlarla əlaqədar hər hansı xəsarət alan qeydə alınmayıb.
Təvəkkoli bildirib ki, hazırda iki partlayış hadisəsi araşdırılır və təsdiqlənmiş məlumat əldə olunan kimi ictimaiyyətə təqdim ediləcək.
Məlumata görə, iyunun 7-si axşam saatlarında İran İsrailin Livandakı fəaliyyətlərinə cavab olaraq yəhudi dövlətinin şimal bölgələrini raket atəşinə tutub.
Tehran daha əvvəl xəbərdarlıq etmişdi ki, İsrail Livanın paytaxtına hücum edəcəyi təqdirdə cavab zərbəsi endirəcək.
İyunun 8-i gecə saatlarında İsrail İrana cavab hücumu həyata keçirib. İsrail tərəfinin açıqlamasına görə, zərbələrin hədəfi ölkənin qərb və mərkəzi hissələrində yerləşən hərbi obyektlər olub.
Hücum nəticəsində Xuzistan vilayətində yerləşən neft-kimya müəssisəsinin ərazisindəki bəzi tikililərə ziyan dəyib.
Bu gün səhər saatlarında isə İran yenidən İsrail ərazisinə zərbələr endirib.
Sevinc Əliyeva
Ordu.az