Ordu.az xəbər verir ki, Modi bununla bağlı paylaşımını “X” sosial şəbəkəsində edib.
Hindistan hökumət başçısı bildirib ki, “Vətəndaş Müqaviləsi” partiyasının təsirli qələbəsi Ermənistan xalqının Nikol Paşinyanın liderliyinə və baxışlarına olan davamlı etimadını əks etdirir.
Modi qeyd edib ki, Hindistan və Ermənistan arasında mövcud olan isti və tarixi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Paşinyanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir.
Alpər Mövludoğlu
Ordu.az