Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq edib

2026/03/1773647283.jpg
Oxunub: 201     15:56     08 İyun 2026    
Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etdiyinə görə iki İran vətəndaşına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinə qarşı sanksiyalar tətbiq edib.

Ordu.az-ın məlumatına görə, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) bəyanatında qeyd olunub.

Sanksiya siyahısına SEPAH-ın Hörmüzgan əyalətinin Hərbi-Dəniz Qüvvələrinin komandanlığı, həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib.

Məlumatda bildirilib ki, Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini, Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları İttifaqının nümayəndəsidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   İran  


Bizi "telegram"da izləyin