Polşanın Baş naziri Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edib

2026/06/1780922265.jpg
Oxunub: 214     16:34     08 İyun 2026    
Polşanın Baş naziri Donald Tusk Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edib.

Ordu.az xəbər verir ki, Tusk bununla bağlı açıqlamasını sosial şəbəkədə yayımlayıb.

Polşa hökumət başçısı bildirib ki, Nikol Paşinyan seçkilərdə qalib gəlib və Ermənistan davamlı inkişaf yolunu seçərək avropayönlü istiqamətini bir daha təsdiqləyib.

Onun sözlərinə görə, bu nəticə regionun gələcəyinin hələ də formalaşmaqda olduğunu göstərən mühüm siqnaldır.

Tusk hesab edir ki, Ermənistanda seçkilərin nəticələri ölkənin siyasi kursunun dəyişmədiyini nümayiş etdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ermənistan  


Bizi "telegram"da izləyin