Azərbaycan Ordusunda “Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib - FOTOLAR

2023/07/1f997-1689754726.jpg
Oxunub: 6566     12:12     19 İyul 2023    
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

2023-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və Hərbi Hava Qüvvələrinin (HHQ) Təlim və Tədris Mərkəzində keçirilən "Ehtiyat zabit hazırlığı" kurslarının buraxılış mərasimləri keçirilib.

Mərasimlərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, onlara gələcək xidmətlərində uğurlar arzulanıb.
Kursları bitirən hərbi qulluqçular təhsil müddətində onlar üçün yaradılan şərait və təhsil prosesindən razılıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün qazandıqları bilik və bacarıqları gələcək xidmətlərində inamla tətbiq edəcəklərinə, Azərbaycan Ordusunun hərbi qulluqçusu adını şərəflə daşıyacaqlarına söz veriblər.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin