Ukrayna XİN: Ədalətli sülhün bərpasına yönəlmiş təşəbbüslərimizdə Azərbaycanın dəstəyinə güvənirik

2023/07/64b69-1689689123.jpg
Oxunub: 5033     18:01     18 İyul 2023    
Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynaın xarici işlər nazirinin müavini Əminə Caparova ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini "Twitter"də bildirib.

“Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdən məmnun oldum. Biz Krım Platforması Sammitinə hazırlıq və Sülh Formulunu müzakirə etdik. Biz ədalətli və davamlı sülhün bərpasına yönəlmiş təşəbbüslərimizdə Azərbaycanın dəstəyinə güvənirik”, - Ukrayna XİN rəsmisi qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ukrayna   Azərbaycan  


Bizi "telegram"da izləyin