Ordu.az xəbər verir ki, radar hər cür mina və partlayıcı maddələri aşkar edə bilir.
Şirkət tərəfindən hazırlanmış yerli Pilotsuz Uçuş Aparatı (PUA) "ovçu"su isə mina və partlayıcı maddə ilə yüklənmiş PUA-ları 25 km məsafədə məhv edir.
“AZ Arge” Kahramanmaraşda baş verən zəlzələlərdən sonra fəlakətlər və fövqəladə hallar üçün texnoloji həllərin inkişafı çərçivəsində Texnopark İstanbul İnkubasiya Mərkəzi tərəfindən başladılan “Helpcube” Sürətləndirmə Proqramında iştirak edir.
“AZ Arge”nin qurucusu, mina və partlayıcılar üzrə mütəxəssis Əhməd Zengin bildirib ki, dünyada hələ də bir neçə metrdən daha dərinə gedən sistem yoxdur.
“500 metrə qədər enə bilən bu cihaz heç bir yerdə mövcud deyil. Radar təbii şəraitdən təsir görmür. Prototipin sınaqlarına 2023 Ramazan Bayramından sonra başladıq. Texnopark menecerimiz Bilal Topçuya, İnkubasiya menecerimiz Ahmet Kerim Nalbanta, Texnopark rəhbərliyinə və komandasına ölkəmiz adından təşəkkürümüzü bildiririk”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az