İsrail “BlueWhale” insansız casus sualtı qayığını təqdim edib

2023/05/plat--1683958491.jpg
Oxunub: 4732     12:40     13 May 2023    
İsrailin dövlət müdafiə sənayesi korporasiyası olan “Israel Aerospace Industries” özünün yeni Avtonom Sualtı Vasitəsini (AUV) təqdim edib.

Ordu.az xəbər verir ki, təqdim olunan vasitə şirkətin yeni inkişaf etdirdiyi “BlueWhale” insansız casus sualtı qayığıdır.

“BlueWhale” həm dəniz, həm də sahil hədəfləri üçün kəşfiyyat məlumatlarının toplanması və dəniz minalarının mövcudluğunun aşkarlanması daxil olmaqla, bir sıra missiyalar üçün hazırlanıb və uğurla sınaqdan keçirilib”, - deyə şirkətin yeni platforma ilə bağlı açıqlamasında qeyd olunub.

Verilən məlumata görə, platforma kəşfiyyat məlumatlarının toplanması, sualtı və dəniz minalarının aşkarlanması, sualtı hədəflərin axtarışı kimi bir sıra vəzifələri yerinə yetirə bilər.

Platforma həmçinin dəniz və sahil hədəflərini aşkar etmək üçün həssas radar və elektro-optik sistemlərlə təchiz edilmiş teleskopik rabitə sisteminə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   BlueWhale  


Bizi "telegram"da izləyin