“Kale Arge” tərəfindən tamamilə yerli imkanlarla hazırlanmış KTJ-3200 xüsusilə qanadlı raketlər, hədəf Pilotsuz Uçuş Aparatları (PUA) və digər pilotsuz platformalarla istifadə üçün optimallaşdırılmış turboreaktiv mühərrikdir.
Kompakt dizaynı ilə yüksək mühərrik gücünə, aşağı yanacaq sərfiyyatına malikdir və müxtəlif hündürlükdə/sürət şəraitində işə salına bilir.
Türkiyənin ilk milli turboreaktiv mühərriki olan KTJ-3200 “Kale Arge” İnkişaf və Sınaq Mərkəzində olan Hündürlük Sınaq Sistemindən istifadə edərək fərqli hündürlük/sürət şəraitində performansını sübut edib. Üstün xüsusiyyətləri sayəsində KTJ-3200 bəzi modifikasiyalarla müxtəlif hava platformalarına uyğunlaşdırıla biləcək.
Mühərrik gücü: 3200N
Xüsusi yanacaq sistemi: 0.12 kq/h/N
Mühərrik çəkisi: 50 kq
0-5 km istismar və əməliyyat zərfi
- Etibarlı Elektron İdarəetmə Bölməsi və Yanacaq Nasosu dizaynı
- Tək Pirotexnika ilə başlatma (+1 ehtiyat)
- Hər hansı bir ixrac məhdudiyyətindən azad
- Keyfiyyətli performans kodu
Dəyanət Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
KTJ-3200