Şəhid Orxan Novruzəlizadə dəfn olunub - YENİLƏNİB (VİDEO+FOTOLAR)

2023/05/223-1683882770.jpg
Oxunub: 2518     12:19     12 May 2023    
Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid Orxan Novruzəlizadə dəfn edilib.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, şəhidin cənazəsi bu dəqiqələrdə Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən qəbristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

****

Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadənın nəşi ailəsinə təhvil verilib.

Ordu.az-ın Qərb bürosunun məlumatına görə, hazırda Ağstafa rayonunun Vurğun qəsəbəsində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilir.

Mərasimdə rayonun rəsmi şəxsləri, hərbçilərhüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra O.Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, mayın 11-də Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.



Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ordu  


Bizi "telegram"da izləyin