2-3 il ərzində Ermənistanın varlığına son qoyula bilər – BAXIŞ BUCAĞI

2023/05/Pasin-1683803372.jpg
Oxunub: 4135     21:21     11 May 2023    
“Əgər biz yaxın iki-üç ildə erməni dövlətçiliyini qoruyub saxlaya bilsək, ondan sonra ən azı 100 il bu məsələni həll etmiş olacağıq”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan Praqada erməni icması ilə görüşündə bəyan edib.

Bu mühüm bəyanatdır. Əgər Ermənistanın birinci şəxsi yaxın iki-üç ildə dövlətçiliyi saxlamaq probleminin olub-olmamasından danışırsa, bunu ciddi bəyanat kimi qəbul etməyə bilmərik. Paşinyanın belə bir bəyanat verməsinin bir neçə səbəbi ola bilər. Ya vəziyyət həqiqətən də son dərəcə ciddidir və Paşinyan hesab edir ki, bu barədə açıq danışmaq lazımdır, ya da praktikada elə bir ciddi təhlükə yoxdur və o, öz siyasi hakimiyyəti ilə birbaşa bağlı olan risklərdən danışır.

Yəni Paşinyan belə bir məntiq formalaşdırır ki, guya onun siyasi mövqelərinə qarşı çıxan dövlətçiliyə qarşı çıxır. Ümumiyyətlə, Paşinyanın bu cür müdafiəyə əl atması təəccüblü deyil. Müxalifətdə olan rəqiblərinin etdiyi kimi, onların hücumunun məntiqi ilə özünü müdafiə etməyə çalışır. Paşinyanın əleyhdarları da öz siyasi mövqelərini dövlətin itirilməsi məntiqi ətrafında qururlar, xüsusən də Paşinyanın uzaqlaşdırılmasında, daha aydın desək, zərərsizləşdirilməsində onlara qoşulmayacaqları təqdirdə dövlətçiliyin itiriləcəyini vurğulayırlar.

Beləliklə, Ermənistanda həm müxalifətin, həm də iqtidarın müəyyən dövlətçiliyin itirilməsi məntiqinə əsaslanaraq bir-biri ilə mübarizə apardığı bir vəziyyətlə qarşılaşırıq. Yumşaq desək, bu, Ermənistanın yaxın tarixinin bütün daxili siyasi kursunu öz məntiqi ilə mahiyyətcə sıxlaşdıran korroziyaya məruz qalmış diskursdur. Çünki bununla bağlı rəhbər prinsip olan dövlətçilik amili Ermənistan üçün xas deyil.

Bu gün faktiki olaraq iki siyasi qanadın öz siyasi diqtəsini həyata keçirməyə çalışdığı Ermənistanda hər şey həddindən artıq dəyərsizləşib.

Doğrudur, biz həqiqətən qlobal və ya ondan qaynaqlanan regional situasiya görürük, lakin burada istənilən ölkə üçün həqiqətən də böyük risklər var. Əsas məsələ bu riskləri necə idarə etmək və istiqamətləndirməkdir ki, Azərbaycan və Gürcüstandan başqa Ermənistanda bənzər potensial mövcud deyil. Bu və ya digər istiqamətdə nəyisə dəyişmək üçün yaradıcı məntiqin hakim olduğu siyasi fəaliyyət lazımdır. Ermənistanda bunun üçün sosial baza mahiyyət etibarilə mövcud deyil. Bunu ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusunun məlumatları da təsdiq edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Varlıq  


Bizi "telegram"da izləyin