Bu barədə
Ordu.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, aksiya ətraf mühitin qorunmasına daim xüsusi diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsini yad etmək, ağac əkməklə yaşıllıqların genişləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Abşeron rayonu Müşfiqabad qəsəbəsi ərazisində keçirilən ağacəkmə aksiyasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti, ANAMA yanında İctimai Şura üzvləri, “Sülhün Kökləri” təşkilatının təsisçisi və rəhbəri, eləcə də Agentliyin rəsmiləri iştirak edib.
Hər zaman sülh və əmin-amanlıq, təbiətin sağlamlaşdırılması istiqamətində fəaliyyət göstərən “Sülhün Kökləri” təşkilatının təsisçisi və rəhbəri Heidi Kühn keçirilən ağacəkmə aksiyasında iştirak edərək Heydər Əliyevin əbədi xatirəsinə həsr olunmuş yaşıllaşdırma işlərinə təşkilatı adından öz dəstəyini verib.
Ordu.az