Məlumata görə, Ermənistan və Azərbaycan arasında dialoq və humanitar məsələlərin həlli ilə bağlı mövzular müzakirə olunub.
Makron bildirib ki, daha əvvəl əldə edilmiş razılaşmalar əhəmiyyətlidir və onları izləmək vacibdir. Burada əsas sual onların arxasında kimin, hansı əsaslandırmaların, arqumentlərin dayanmasıdır.
Xatırladaq ki, noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşlərdən sonra dekabrın 14-də və 15-də Brüsseldə iki görüş baş tutub. Ermənistan və Azərbaycan liderləri ilk dəfə Avropa Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə görüşüblər, bu barədə razılaşma həftələr əvvəl, hətta Soçidə görüşlə bağlı razılaşmadan əvvəl elan edilib.
Dekabrın 1-də isə artıq Brüsselə gəlmiş Makronun təşəbbüsü ilə görüş baş tutub. Həmin görüş ən azı geniş ictimaiyyət üçün sürpriz oldu, çünki onun mümkünlüyü barədə heç nə elan olunmamışdı.
Fransa prezidenti ilə görüşdən sonra çox az və ya heç bir razılığın əldə olunmadığı düşünülsə də, Şarl Mişelin himayəsi altında keçirilən görüşlə bağlı açıqlamalar verildi.
Sərhədin demarkasiyası prosesində Avropanın məsləhətçi yardımına paralel olaraq humanitar sahədə, xüsusən də minaların təmizlənməsi və əsirlərin qaytarılması müzakirə edilmişdi.
Lakin ümumilikdə o görüşlərdən sonrakı proseslərin daha konstruktiv yox, soyuq məntiqlə getdiyi göz qabağındadır. Makronun təşkil etdiyi videokonfrans əslində buna sübutdur, açıq-aydın görünür ki, Fransa prezidenti vəziyyəti yaxşı mənada “istiləşdirmək” zərurətini görüb.
Bununla belə, Makronun Ukrayna hadisələrinin fonunda ola biləcək vəziyyətin “eskalasiyası” mümkün risklərinin qarşısını almaq üçün bu addımı atdığını da istisna etmək olmaz.
Həmsədr ölkələrin diqqəti həddən artıq bu istiqamətə yönəldikdə, Qafqazda gözlənilməz “boşluqlar” yarana bilər. Görünür, Makron və Mişelin bu addımı ən azı bu boşluqların qarşısını almağa yönəlib.
Maraqlıdır ki, Makron və Mişel bu məsələ ilə Ukrayna böhranı fonunda məşğul olurlar və bununla da Qafqaz problemlərinin, xüsusən də Ermənistan-Azərbaycan məsələsinin unudulmadığını göstərirlər. Üstəlik, prezident Makronun fevralın 2-də ABŞ prezidenti Co Baydenlə, fevralın 3-də isə Rusiya prezidenti Putinlə videokonfransdan əvvəl telefon danışığı həyata keçirməsi diqqət çəkir. Təbii ki, telefon danışıqları ilə bağlı məlumatlarda mövzu Ukrayna, onun ətrafındakı vəziyyət olub. Lakin “ətrafında” deyilənlər sözsüz ki, kifayət qədər geniş məna kəsb edir və şübhəsiz ki, birbaşa və ya dolayısı ilə Qafqaz reallıqlarına toxunur.
Burada sual yaranır, Fransa prezidenti ya Bayden və Putinin “etibarnamə”si əsasında, ya da öz təşəbbüsü ilə, bəlkə də Baydenin Putinlə danışıqlarından sonra müəyyən narahatlıqla bu addımı atıb. Nəticədə, fevralın 7-də Fransa prezidentinin Moskvaya səfəri zamanı son danışıqlar ətrafında açar məsələlərin müzakirə olunacağı şübhəsizdir.
Firuz Bağırov
Ordu.az