“Biz Türkiyə Ordusunun daha kiçik modelini qururuq” - İlham Əliyev

2020/10/16019-1601912585.jpg
Oxunub: 3420     19:42     05 Oktyabr 2020    
Biz çox xoşbəxt ölkəyik ki, Türkiyə kimi müttəfiqimiz, qardaşımız var. Əlbəttə ki, Türkiyənin bizə göstərdiyi mənəvi dəstək, eyni zamanda, Türkiyə müdafiə sənayesinin məhsullarının bizdə olması bizi gücləndirir və bunu bütün dünya görür. Bu gün Türkiyə Ordusu NATO-da ikinci ordudur. Heç kim türk ordusunun qabağında dura bilməz. Bunu hər kəs gördü, hər kəs anladı. Biz də Türkiyə Ordusunun daha kiçik modelini qururuq və inşallah bərabər quracağıq. Bizim də qarşımızda bölgədə heç kim dura bilməz. Bizim və Türkiyənin işi haqq işidir.

Ordu.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “TRT Haber” telekanalına müsahibəsində deyib.

“Biz özümüzü müdafiə edirik, öz vətəndaşlarımızı müdafiə edirik, öz ərazi bütövlüyümüzü saxlamaq istəyirik. Bizim başqa ölkənin torpağında gözümüz yoxdur. Amma bizə mənsub olan bizə qalmalıdır. Otuz ildir ki, ermənilər bizim qədim torpağımızı istismar edirlər. İnsanlara o torpaqlara qayıtmağa icazə vermirlər. Beynəlxalq vasitəçilər biganə qalır, məhəl qoymur. Belə olan halda Azərbaycan özü bunu edəcək”, - deyə dövlətimizin başçısı əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin