Ermənistanın yezidi icması erməni deputatın irqçi çağırışına etiraz edib

2018/11/ezdi--1542108425.jpg
Oxunub: 22130     10:27     22 İyul 2020    
Emənistanın “Sincar yezidilər milli birliyi” ictimai təşkilatı bəyanat yayıb.

Ordu.az xəbər verir ki, bəyantda deyilir:

“Dünən Ermənistan parlamentinin deputatı Arman Babacanyan öz “Facebook” səhifəsində qeyd yazmışdı, bununla yezidiləri də hədəfə alıb: “Yolumuzu sizin başlarınızın üzərindən keçirəcəyik, bu yolun dəliklərini sizin dişlərinizlə dolduracağıq, ayaqlarımızı sizin bədənlərinizə silməyə peşman olacağıq, lakin ölərək ölkəmizin yaşamaq yolunu keçəcəyik. Və qoy biri şübhə etsin, istəyir erməni, istəyir yezidi olsun, qoy biri şübhə etsin”.

İctimaiyyət üçün anlaşılmaz olan bu mətni yazanda deputatın hansı ruhi vəziyyətdə olduğunu təsəvvür etmək çətindir, lakin məlumdur ki, bunun məqsədi həm də yezidiləri hədəfə almaqdır. Biz deputat Arman Babacanyanın bu bəyanatını son dövrdə bəzi qruplar tərəfindən Ermənistanda aktiv şəkildə milli dözümsüzlük yayılması kontekstində nəzərdən keçiririk.

“Sincar yezidilər milli birliyi” ictimai təşkilatı Ermənistanın yezidi icması adından deputatın irqçi əsasla nifrət yaradan bəyanatını qınayır və Ermənistan hakimiyyətini ictimai vəzifə tutan bu şəxsi məsuliyyətə cəlb etməyə çağırır”.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yezidi   Ermənistan   Etiraz  


Bizi "telegram"da izləyin