Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan Rusiya Xarici İşlər Nazirliyinin mərhələli variantın danışıqlar masasına qoyulması ilə bağlı İrəvana verdiyi cavaba toxunarkən deyib.
O bildirib ki, Zaxarova birbaşa şəkildə “Madrid prinsipləri”ni sadalayıb.
Danielyan qeyd edib ki, Moskva Ermənistan hakimiyyətinə etibar etmir, bu, faktdır.
“Lakin düşünmürəm ki, bu istiqamətdə təcili addım atsınlar. Rusların hakimiyyətdən konkret olaraq hansısa tələbləri var və bənzər vasitələrlə buna eyham vururlar”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az