Əsgəri döyən Ermənistan ordusunun bölük komandirləri həbs edilib

2019/05/156za-1558073973.jpg
Oxunub: 14535     20:27     24 Dekabr 2019    
İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində nizamnamədənkənar münasibətlər zəmnində baş verən cinayət hadisələri çoxalıb.

Ordu.az xəbər verir ki, bu yaxınlarda kütləvi dava ilə nəticələnən daha bir hadisə işğalçı ordunun 4-cü dağ atıcı taborunda qeydə alınıb.

Məlumata görə, kapitan Vahe Mamacanyan və Stepan Avakyan keçən ay hərbi hissədə baş verən kütləvi dava zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu V.Badalyana baş nahiyəsindən ağır xəsarət yetiririblər. Sonra isə zabitlər cinayət məsuliyyətinə cəlb olunacaqlarından qorxaraq hərbi hissədən qaçıblar. Hərbi qulluqçu V.Badalyanın valideynləri istintaqın ədalətli aparılmasını tələb edirlər.

Bildirilib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki zabit həbs edilib.

Faktla bağlı istintaq davam edir. Zabitlərin ən azı 5 il azadlıqdan məhrum ediləcəyi bildirilib.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Dedovşina  


Bizi "telegram"da izləyin