Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Voskanapat” analitik mərkəzində konfrans zamanı analitik Karen Bekaryan deyib.
Bekaryanın sözlərinə görə, həm cəhalət, həm ambisiyalar problemi, həm də institutların fəaliyyətsizliyi Azərbaycan və beynəlxalq ictimaiyyət tərəfindən artıq həyata keçirilməyəcək bir gözləntinin yaradılmasına gətirib çıxarıb.
“Maraqlanmamaq müəyyən bir müddət məlumatsızlıq yaradıb ki, Azərbaycan öz maraqlarını daha ardıcıl şəkildə irəli aparsın”, - deyə o bildirib.
Analitik qeyd edib ki, gözləntinin bu qədər yüksəlməsi özü ilə birlikdə təhdidlərin çoxalmasını, müharibə təhlükəsinin artmasını gətirib.
“Azərbaycan imic formalaşdırıb ki, onlar məsələnin danışıqlar yolu həll olunması üçün vaxt verəcək qədər yaxşıdırlar”, - deyə Bekaryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az