Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Konstitusiya, ictimai asayişin qorunması, terrora qarşı yönəlmiş baş mübarizə idarəsinin sabiq rəisi, general-mayor Tiqran Barseğyan Serj Sarkisyanın prezident seçilməsi üçün hansı qanunsuz fəaliyyətlər apardığı barədə verdiyi qalmaqallı müsahibəsində bildirib.
Onun sözlərinə görə, Serj Sarkisyan çoxlarına rüşvət verməyə çalışıb.
“Hay Dat ofisinin işləri ilə bağlı müxtəlif iş adamlarından Daşnaksütunun hesabına pullar ötürərək Daşnaksütuna rüşvət verməyə çalışdılar. Əldə olunan məlumatlara görə, Levon Ter-Petrosyana 10 milyon dollar təklif etmişdilər ki, o, ümumiyyətlə sussun... Həmçinin məlumat aldıq ki, Serj Sarkisyan torpaqları təhvil verməyə hazırlaşır”, - deyə Barseğyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az