Ordu.az xəbər verir ki, bu yaxınlarda 4-cü dağ atıcı taborun iki bölük komandirinin hərbi hissədən qaçdıqları məlum olub.
Məlumata görə, kapitan Vahe Mamacanyan və Stepan Avakyan hərbi hissəni özbaşına tərk ediblər.
Hər iki zabit keçən ay hərbi hissədə baş verən kütləvi dava zamanı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu V. Badalyana baş nahiyəsindən ağır xəsarət yetirməkdə ittiham olunur.
Zabitlərin cinayət məsuliyyətinə cəlb olunacaqlarından qorxaraq hərbi hissədən qaçdıqları ehtimal olunur. Zabitlərin tapılaraq geri qaytarılması üzrə tədbirlər davam etdirilir.
Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.
Ordu.az