ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 18-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və Martin Şuster keçirəcəklər.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Azərbaycan
Monitorinq