Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
O qeyd edib ki, Ermənistan tərəfi arabir bəzi məbədləri təmir etmək imitasiyası ilə çirkin əməllərini gizlətməyə çalışır:
"Ancaq bu barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat verilib. Ermənistan vandalizmini ehtiva edən kifayət qədər materiallar var və bu materiallar beynəlxalq təşkilatlara da təqdim olunub. Biz bu işi davam etdirəcəyik və bununla bağlı konkret planlar nəzərdə tutulub", - deyə Səyavuş Heydərov bildirib.
Ordu.az