“Köçəryan Qarabağ məsələsi ilə bağlı danışıqlara dair narahatdır”

2019/05/45645-1557836316.jpg
Oxunub: 1109     12:37     14 Dekabr 2019    
“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Qarabağ məsələsinin danışıqlar prosesi ilə bağlı narahatlıqları var”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Köçəryanın ofisinin rəhbəri Viktor Soğomonyan deyib.

Onun sözlərinə görə, danışıqlar mərhələsində narahatlıqlar olduqca çoxdur.

“Son illərdə vasitəçilərdən hər hansı birinin azərbaycanlı icmanın danışıqlarda iştirak etməli olduğunu bildirməsini xatırlamıram. Biz bu günə qədər hakimiyyətin danışıqlarda rəhbər tutaraq iştirak etdikləri konsepsiyasının nə olduğunu bilmirik. Üstəlik onlar heç bir danışıqların olmadığını bəyan edirlər”, - deyə bildirən Soğomonyan əlavə edib ki, nizamlama üzrə bizim konsepsiya çox açıq bir izahat tələb edir və bu izahatı hakimiyyət verməlidir.

Soğomonyan həmçinin Köçəryanın səhhətindəki vəziyyətinə toxunarkən qeyd edib ki, ikinci prezidentin əməliyyat olub olmadığını dəqiq bilmir.

“1 Mart” cinayəti üzrə hakim Mxitar Papoyanın prosesdən çıxma haqqında qərarını necə qiymətləndirdiyi sualına cavabında Soğomonyan bildirib ki, bu cinayət üzrə sübut edəcək əlavə bir şey olmadığından yəqin ki, hakimlər arasında bu həbsin tamamilə qanunsuz və əsassız olduğunu dərk etməyən adam qalmayıb.

“Buna görə də hakimlər baş ağrısı olan məsələyə girmək istəmirlər. Bu səbəbdən işə baxmaqdan geri çəkilib və bu iş haqqında eşitməmək istəyirlər. Onlar bilər ki, bu cinayət işini araşdırarkən böyük təzyiqə məruz qalacaqlar və qanunsuz qərar qəbul etməli olacaqlar” - deyə Köçəryanın ofis rəhbəri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   İşğal   Qarabağ  

“Köçəryan Qarabağ məsələsi ilə bağlı danışıqlara dair narahatdır”

2019/05/45645-1557836316.jpg
Oxunub: 1110     12:37     14 Dekabr 2019    