Britaniyalı analitik: “Dağlıq Qarabağ münaqişəsinin həll prosesində vəziyyəti uzatmaq daha mürəkkəb olur”

2019/12/neil_-1576233986.jpg
Oxunub: 888     16:36     13 Dekabr 2019    
“Dağlıq Qarabağ münaqişəsinin həll prosesində vəziyyəti uzatmaq daha mürəkkəb olur, burada bütün münaqişə tərəflərinin istəklərindən irəli gələn vacib razılaşmalar əldə olunmur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, britaniyalı analitik Neyl Makfarleyn Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması danışıqlar prosesinin son raundu və bunu izləyən qiymətləndirmələrə toxunarkən deyib.

Makfarleyn diqqəti gözlənilən beştərəfli bəyanatın qəbul olunmamasına çəkib və bildirib ki, Bratislavadakı nazirlərin görüşü ən azından Rusiya tərəfindən gözlənilən gedişatda baş tutmayıb.

“Rusiya Xarici İşlər naziri Sergey Lavrov ötən ilin nümunəsi ilə beştərəfli bəyanatın qəbul olunacağını gözləyərək bənzər bəyanatın qəbul olunacağına ümid edirdi. Lakin zaman öz mənfi işini görür və vəziyyəti uzatmaq daha mürəkkəb olur, burada bütün münaqişə tərəflərinin istəklərindən irəli gələn vacib razılaşmalar əldə olunmur”, - deyə o bildirib.

Makfarleyn qeyd edib ki, ilin əvvəlində tərəflər arasında hər hansı vacib danışıq gözləmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal  

Britaniyalı analitik: “Dağlıq Qarabağ münaqişəsinin həll prosesində vəziyyəti uzatmaq daha mürəkkəb olur”

2019/12/neil_-1576233986.jpg
Oxunub: 889     16:36     13 Dekabr 2019    