Erməni deputat: “Qarabağın azərbaycanlı icmasının iştirakı məsələsi ilə bağlı mövqe dəyişikliyi yoxdur”

2019/12/345-1576232692.jpg
Oxunub: 893     14:42     13 Dekabr 2019    
“Hesab edirəm, Hovhannes İgityanın bəyanatı konteksdən çıxarılıb, hamımız başa düşməliyik ki, Qarabağın azərbaycanlı icması barədə mövqe dəyişdirilməyib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim Addımım” fraksiyasının deputatı Mikayel Zolyan qeyd edilən fraksiyanın digər deputatı Hovhannes İgityanın “Baş nazir bildirib ki, onların Dağlıq Qarabağın azərbaycanlı icması hesab etdikləri insanlar Əliyevlə birlikdə gəlsələr, problem görmür” bəyanatına toxunarkən deyib.

Zolyan bildirib ki, İgityan sözügedən məsələ ilə bağlı daha dolğun danışa bilər.

“Biz demişik, Baş nazir də deyib, bu icmanın danışıqlarda ayrıca tərəf kimi iştirak etməsi faktı əsassızdır, çünki bu icmanın nümayəndələri Azərbaycan vətəndaşları hesab edilirlər və seçkilərdə səs verirlər. Hazırda bu insanlar Azərbaycanın digər vətəndaşları kimi İlham Əliyevi seçiblər, buna görə də İlham Əliyev bu insanları təmsil edə bilər”, - deyə o Paşinyanın daha öncəki bəyanatını pərdələməyə çalışıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   İşğal   Ermənistan   İcma  

Erməni deputat: “Qarabağın azərbaycanlı icmasının iştirakı məsələsi ilə bağlı mövqe dəyişikliyi yoxdur”

2019/12/345-1576232692.jpg
Oxunub: 894     14:42     13 Dekabr 2019    