Vətənin müqəddəsliyini səngərdə daha dərindən hiss edirsən

2019/12/36bdb-1576215035.jpg
Oxunub: 1501     17:28     13 Dekabr 2019    
Qışın şaxta-boranında, yayın istisində səngərdə Vətəni müdafiə etməyin verdiyi qürur heç nə ilə əvəz oluna bilməz. O səngərlər ki, Vətənə neçə igid övladlar qazandırıb, o səngərlər ki, neçə şəhidin zirvəyə ucaldığı ünvan olub. Dostluqların möhkəm olduğu məkandır səngər. Səngərdə, döyüş növbətçiliyində əsgər olur, Vətən sevgisi olur, bir də əsgərin silahı. Burada yalnız işğal altında olan torpaqlarımızın azad olunacağı günün döyüşlərində iştirak etmək arzusu var könüllərdə.

"N" hərbi hissəsindəyik. Zabit Samir Əhmədov əsgərlərimizin döyüş əzmindən, qələbə ruhundan söz açır. "Onların hər biri ayrı-ayrılıqda qəhrəmandır. Əsgərlərimiz deyirlər ki, bu Vətən bizimdir, ona görə də sevgiylə xidmət edirlər."

Zabit ordumuzun hazırkı gücü və qüdrəti barədə də söhbət açır. "Zabit və əsgərlərimizin döyüş hazırlığı yüksək səviyyədədir. Müdafiə Nazirliyi rəhbərliyinin tez-tez cəbhə bölgəsinə səfər etməsi, əsgərlərlə səngərlərdə görüşməsi, onların xidmətini layiqincə qiymətləndirməsi əsgərlərin döyüş ovqatını daha da artırır. Həmçinin şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır, ordumuzun maddi-texniki təchizatı gücləndirilir. Bunlar şəxsi heyətin döyüş ruhuna və mənəvi-psixoloji hazırlığına öz müsbət təsirini göstərir".

Qışın ilk ayıdı. Hər birimiz bilirik ki, Vətəni müdafiə edənlər üzləşdiyi hava şəraitinə, yerləşdiyi coğrafi mövqenin relyefinə məhəl qoymur, müqəddəs amalla xidmət edirlər.
Səngərlərə gedirik. Mövqe dağlıq ərazidə yerləşir. Aşırımlar sanki kəmər kimi dağların belinə dolanıb.

Zabit Sahib Daşdəmirov döyüş növbəsini dəyişən əsgərləri təlimatlandırır, tapşırıqlarını verir. Ərazi bütövlüyümüzü qoruyan, məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirən əsgərlərlə söhbətləşirik.

2016-cı ildən ordu sıralarında olan zabit bölmənin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olduğunu vurğulayır. "Torpaqlarımızın müdafiəsində ayıq-sayıq xidmət aparan əsgərlərimiz müqəddəs borcu yerinə yetirirlər. Döyüş hazırlığının yüksək olması düşmənin törədə biləcəyi təxribatların qarşısının vaxtında alınmasında əhəmiyyətlidir. Bunun üçün zabitlərin üzərinə böyük məsuliyyət düşür. Bölməmizdə xidmət edənlərin bacarıqlı əsgər kimi formalaşması üçün əlimizdən gələni edirik. Düşmən tez-tez atəşkəs rejimini pozmağa çalışsa da, cavab atəşi ilə susdurulur. Bölməmizin zabit və əsgərləri üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər. Şəxsi heyət Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır".

Zabit müasir ordu quruculuğundan, ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışır. “Özünün yüksək inkişaf mərhələsini yaşayan ordumuzun daha da güclənməsi üçün ciddi islahatlar aparılır. Sosial rifahı yaxşılaşdırılan hərbçilərimiz daha məsuliyyətlə xidmət edirlər.”

Döyüş növbətçiliyindən yenicə qayıdan əsgər Həsən Mürşüdov ilə söhbətləşirəm. "Bura gəldiyim ilk gündən qayğıkeş komandirlərimin və xidmət yoldaşlarımın mənə göstərdikləri diqqəti hiss etdim. Vətənə müqəddəs borcumuzu yerinə yetiririk. Düşməni müşahidə edəndə işğal altında olan torpaqlarımıza baxıram və onlara nifrətim artır. Arzum budur ki, torpaqlarımızı işğaldan azad edəcəyimiz döyüşdə mən də iştirak edim".

Əsgər Elnur Hüseynov deyir: "Hərbi xidmətə yollanarkən valideynlərimə və dostlarıma Vətənimə layiqli əsgər olacağıma söz vermişəm. Vətənə sədaqət andı içmişəm ki, Vətən üçün lazım gələrsə, canımı əsirgəməyəcəm. Torpaqlarımızı göz bəbəyimiz kimi qoruyacağıq. Səngər qəhrəmanlar məskənidir. Mübariz, Samid, Çingiz və minlərlə qəhrəmanların da ruhu bizdən bunu tələb edir. Səngər bizim Böyük Qələbə yolunda müvəqqəti dayanacağımızdır. Keçdikləri döyüş yolu hər birimizə nümunə olan qəhrəmanlarımızın davamçıları olacağıq".

Əsgər Ənvər Qasımov səngərdə xidmətin verdiyi qürurdan danışır. "Xidmətə çağırılmamışdan əvvəl tərxis olunan dostlarımla əsgərlikdən söhbətlər edirdik. Həqiqi hərbi xidmətə gəldiyim gün yaxınlaşdıqca, bu söhbətlər daha da artırdı. Bu gün çox sevincliyəm ki, düşmənlə təmas xəttində Vətənimin müdafiəsindəyəm. Əsgər kimi öz üzərimə düşən vəzifəni dərindən dərk edir, komandirlərimin verdiyi əmr və göstərişləri məsuliyyətlə yerinə yetirirəm, tövsiyə və məsləhətləri dinləyir, onlara əməl edirəm. Səngərdə xidmət edən əsgər bilir ki, buranın şaxtası-boranı olsa da, Vətən sevgisi havanın soyuqluğunu hiss etdirmir".

Əsgərlərdən Mirabbas Şəriflinin, Murad Süleymanovun və Qədir İsmayılovun hər sözündən, söhbətindən vətənpərvərlik ruhu hiss edilir: "Ali Baş Komandanımızın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam hazırıq.”

Əsgərlərin gözlərindəki məğrurluğu, sözlərindəki əminliyi bir inamın təzahürü bilirəm: işğalın sonuna az qalıb!..

Qələbə günü ərəfəsindəyik!..

Fuad Cəfərov, "Azərbaycan Ordusu",
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qələbə   Azərbaycan   Ordusu  

Vətənin müqəddəsliyini səngərdə daha dərindən hiss edirsən

2019/12/36bdb-1576215035.jpg
Oxunub: 1502     17:28     13 Dekabr 2019    