Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərdəki fərq göz qabağındadır, əks halda, danışıqlar prosesi olmazdı.
"Dialoqun konstruktiv şəkildə davam etməsi və tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik", - deyə o qeyd edib.
Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycana bu yaxınlarda etdiyi səfəri şərh edən Zaxarova danışıqlardakı ab-havanın konstruktiv olduğunu vurğulayıb.
Ordu.az