Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Acamyanın bibisi Elianora Acamyan bildirib.
O qeyd edib ki, yaralı Davit Melikbekyan komadan çıxmadığına görə hələki onunla danışılmayıb.
“Vəkilimiz Hayarpi Sarkisyan xəstəxanaya baş çəkib, lakin görüşə icazə verməyiblər, o, reanimasiya şöbəsindədir, hələ danışa bilmir”, - deyə Arturun bibisi bildirib.
Onun sözlərinə görə, Arturun ölüm səbəblərinin müəyyən olunması üçün iş artıq Qarabağdan İrəvana göndərilib.
“Arturun işi üzrə 5 müstəntiq müəyyən edilib, insanları sorğu-suala çağırıblar, iş sanki dağıdılır”, - deyə Elianora Acamyan bildirib.
Qeyd edək ki, ölmüş hərbi qulluqçu Acamyanın yaxınları onun öldürülməsini iddia edirlər.
Alpər Mövludoğlu
Ordu.az