Qarabağda ölən yezidi əsgərin yanında yaralanan erməni əsgərin avtomatı tapılıb

2019/12/00-20-1575881097.jpg
Oxunub: 13082     16:15     11 Dekabr 2019    
Dekabrın 2-də işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində aldığı güllə yarasından ölən yezidi hərbi qulluqçu Artur Acamyanın hüquqi varisinin nümayəndəsi Hayarpi Sarkisyan dekabrın 10-da həmin yerdə güllə yarası almış erməni hərbi qulluqçu Davit Malikbekyana baş çəkib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəkil Melikbekyanın ayaqlarından və üz nahiyəsindən güllə yaraları aldığını qeyd edib.

Onun sözlərinə görə, yaralı erməni əsgər huşsuz vəziyyətdədir, həkimlər vəziyyətin hər saniyə dəyişdiyini söyləyiblər.

“Yaxınlarını görmək mümkün olmadı, çünki görüş saatı başa çatmışdı, getmişdilər, xəstəxanada deyildilər. Yaxın günlərdə onlarla əlaqə yartmağa cəhd etməliyəm”,- deyə Sarkisyan bildirib.


O qeyd edib ki, hadisə yerinin yoxlanması nəticəsində Acamyanın yanında onun avtomatı tapılıb, lakin bu, onun öz avtomatından güllə yarası alması demək deyil.

“Əgər istintaqla müəyyən olsa ki, məhz Arturun avtomatıdır, onda genetik ekspertiza ilə hələki tətikdəki izin kimin olduğunu müəyyən etməliyik”,- deyə vəkil bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yezidilər   Zorakılıq   Ölüm  


Bizi "telegram"da izləyin