Qarabağda ölən yezidi əsgər və onun xidmət yoldaşı niyə bir-birlərinə atəş aça bilməzdilər?

2019/12/93429-1575978073.jpg
Oxunub: 10616     20:40     11 Dekabr 2019    
Daha öncə məlumat verildiyi kimi, 2 dekabr 2019-cu il saat 06:50 radələrində Qarabağdakı qanunsuz erməni hərbi birləşməsinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 1998-ci il təvəllüdlü yezidi əsgər Artur Acamyan aldığı odlu silah yarasından ölüb, digər 1999-cu il təvəllüdlü Davit Melikbekyan isə yaralanıb.

6 dekabr tarixində Acamyan Artaşar kəndində dəfn edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Artaşar kənd rəhbəri Manvel Ohanyan məlumat verib.

O, dəfn mərasiminə Ermənistanın müxtəlif yaşayış məntəqələrindən 3000-dək adam iştirak etdiyini qeyd edib. Əsgər öldürüldüyünü eşidən hər kəs yad etməyə gəlib. Dəfn mərasimi sakit şəkildə keçib. Artıq heç bir hərəkət edilmədiyini deyən kənd rəhbəri əlavə edib ki, istintaqın maneəsiz keçiriləcəyinə vəd verildiyi üçün insanlar nəticəni gözləyir. Dinc dövrdə öldürülən əsgərin valideynləri özlərini sakit aparır.

Bir sıra yaxınları isə Ermənistan MN-dən cavab tələb edərək, 4 dekabr tarixində parlament qarşısında aksiyalar təşkil edib. Aksiya iştirakçılarını parlamentə buraxmasalar da, Naira Zöhrabyan və Andranik Köçəryan tezliklə ədalətə şahid olacaqlarına vəd veriblər.

Daha sonra meyid yarilan yerdə olan yaxınları, Acamyanın qətlinə dair həqiqət ortaya çıxmayınca meyidi aparmayacaqlarını deyirdilər.

11 ay xidmət etmiş hərbi qulluqçu Acamyanı öz doğum günü 2 dekabr tarixində qətlə yetirilib. Həmin hadisə də hələlik naməlum olan şəraitdə digər hərbi qulluqçu 1999-cu il təvəllüdlü Davit Melikbekyan odlu silah yarası ilə ağır yaralanıb. O, İrəvan sakinidir. Başından ağır odlu silah yarası alan Melikbekyan hələki reanimasiya şöbəsindədir.

Məlumata görə, hər ikisi bir yerdə döyüş növbətçiliyində olublar. Hadisədən 2-3 saat əvvəl komandanlıq həmin xidməti ərazini yoxlayıb və hər şey qaydasında olduğuna görə ərazini tərk etdikləri qeyd edilir.

Kəndliləri aksiya keçirməyə məcbur edən isə ölən hərbi qulluqçunun intihar etməsi ilə bağlı bəzi KİV-lərin yaydığı məlumat olub. Bu yalan informasiyanın yaylmasında məqsədin insanların buna münasibətini yoxlamaq olduğu da istisna edilmir. Ancaq buna münasibət sərt olduğu üçün həmin məlumatı yayan KİV-lərə irad tutulub.

Acamyanın yaxınlarının maraqlarını müdafiə edən vəkil meyidə baxış zamanı qətlə yetirilən hərbi qulluqçunun bədəninin müxtəlif nahiyyələrində zorakılıq əlamətlərinin aşakar edildiyini bildirib.

Verilən məlumata görə, onların əsgər yoldaşları şokdadır və hər biri istintaq orqanı tərəfindən dindirilib.

İntihar barədə ilk vaxtda həqiqətən müzakirə aparılıb. Hətta atəşkəsin pozulması nəticəsində baş verən hadisə kimi də nəzərdən keçirilib. Nəticədə əsgərlərdən birinin yaralanması, digərinin isə təqribən 300 m məsafəyədək gedərək qətlə yetirildiyi, yaxud intihar etdiyi fərz edilib.
Məlumata görə hərbi qulluqçular dost olduğu üçün bir-birinə atəş açmaları istisna edilir. Çünki hər ikisi sakit təbiətli şəxs olub. Həmin gün Arturun ad günü olmasına görə, hətta Davitin tort kimi bir şey hazılamağa un olub-olmadığı ilə maraqlandığı qeyd olunur.

İşğal altında olan Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan 49971 nömrəli hərbi hissə Qarabağdakı yaxşı hərbi hissələrdən biri hesab olunduğu qeyd edilir. Lakin son 1-2 il ərzində bu hərbi hissədə müxtəlif cinayət hadisələrinin baş verdiyi bildirilir.

Cari ilin 7 yanvar tarixində Qeğarkunik vilayətinin Şorja kənd sakini, əsgər, Vahe Çilinqaryan sirli şəraitdə döyüş postunda qətlə yetirilib. Hadisə snayper atəşinin nəticəsi kimi qələmə verilib.

2018-ci ilin 12 dekabr tarixində həmin hərbi hissədə hərbi qulluqçu Arqişti Hakobyan odlu silah yarası alıb. Hərbi qulluqçunun daxili orqanları zədələnib. Bu hadisə ehtiyatsızlıqdan açılan atəş kimi qələmə verilib. Hospitalda anasına etiraf ediblər ki, hərbi hissədə yaranan problemlərlə bağlı Abovyan sakini H.M. adlı əsgər yoldaşı ona atəş açıb.

2017-ci ilin 4 noyabr tarixində hərbi hissənin anbarında baş verən partlayış nəticəsində, bədəni ilə tankəleyhinə minanın zərbəsinin qarşısını alan snayper Hrant Manqasaryan ölüb. Komandanlığın səhlənkar cinayət əməli nəticəsində döyüş vəziyyətində olan mina anbara daxil olmaqla, 1 hərbi qulluqçunun ölümü, 2 nəfərin yaralanmasına səbəb olub.

Yezidi əsgər Yurik Broyan hərbi xidmətə yollandıqdan 2 həftə sonra “Bad” (ördək) ləqəbli tabor komandiri tərəfindən döyülməyə məruz qalıb, nəticədə əsdirməyə düşən hərbi quluqçu yekun olaraq hərbi xidmətdən azad edildi.

Yanvar ayında İstintaq Komitəsinin 3-cu qarnizon istintaq şöbəsində Ağdərədəki həmin hərbi hissənin hərbi qulluqçusu İrəvan sakini “K” adlı hərbi qulluqçuya qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verildiyinə görə cinayət işi açılıb. Bu iş üzrə istintaq tədbirləri hələ də yekunlaşmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Yezidilər   Ölüm   Cinayət   Ermənistan  


Bizi "telegram"da izləyin