Qarabağda ölən yezidi əsgərin işi əvvəllər əsgərlərə cinsi təcavüzlər olan hərbi hissədə baş verib

2019/12/00-20-1575881097.jpg
Oxunub: 1228     10:34     10 Dekabr 2019    
Dekabrın 2-də işğal altında olan Qarabağın şimal-şərq hissəsində yerləşən qanunsuz hərbi hissələrdən birinin döyüş mövqeyində ölmüş müddətli yezidi hərbi qulluqçu Artur Acamyanın yaxınları qətlin təfərrüatlarının açılması tələbi ilə aksiyalar keçirdiyi bir vaxtda, zərərçəknin hüquqi varisinin nümayəndəsi olan vəkillər onun bədənindəki zorakılıq əlamətlərinin varlığı barədə məsələ qaldırırdılar.

İlkin məlumatlara görə, əl, ayaq və alın nahiyyəsində xəsarət və zorakılq əlamətləri aşkarlanıb. Onun alın nahiyyəsində odlu silah yarası xəsarəti də aşkarlanıb. Bildirilirdi ki, odlu silahla açılan atəş alın nahiyyəsindən dəyib və boyun nahiyyəsindən çıxıb. Yaxınları bu əlamətin üzü aşağı atəş edildiyinə dəlalət etdiyini və bunun intihar kimi qələmə verilməsinin qeyri-mümkünlüyünü irəli sürürlər.

Daha öncə məlumat verildiyi kimi, 2 dekabr 2019-cu il saat 06:50 radələrində Qarabağdakı qanunsuz erməni hərbi birləşməsinin şimal-şərq istiqamətində yerləşən hərbi hissələrindən birində 1998-ci il təvəllüdlü Artur Acamyan aldığı odlu silah yarasından ölüb, digər 1999-cu il təvəllüdlü Davit Melikbekyan isə yaralanıb.

Məlumata əsasən, əsgərlər Acamyan və Melikbekyan arasında mübahisə baş verib. Artur Davitə atəş açıb, onun öldüyünü zənn edərək, qorxudan özünə də atəş edərək intihar edib. Buna baxmayaraq, Melikbekyan ölməyib, lakin ağır şəkildə yaralanıb.

Qətlə yetirilən hərbi qulluqçunun yaxınları parlament binası qarışısında etiraz aksiyası keçirərək, övladlarına intihar ləkəsini yapışdırmamağı tələb ediblər.

“Mən bilmək istəyirəm, mənim övladımı nəyə görə qətlə yetiriblər? Ayın 1-də mən uşağımla danışmışam. O, mənə deyib ki, anacan postlarda olmuşam. Mən ədalət tələb edirəm. Mənim övladımı qətlə yetirən kim olub. Tutub gətirib, mənə verin. Səbəb nədir ki, günahsız uşağı vətənə xidmət etmək üçün aparıb, meyitini qaytarıb mənə verəsiniz”, - deyə parlament binası qarşısında qətlə yetirilən yezidi hərbi qulluqçunun anası deyib.

Qətlə yetirilən hərbi qulluqçunun yaxınları iddia edərək, qətl hadisəsində üçüncü tərəfin olduğuna əmin olduqlarını vurğulayırlar. Əmisi bildirib ki, hərbi hissədən zənglər daxil olur.

“Deyirləki aralarında dava olub, qətl baş verib. Hadisə barədə əsgərlər bilirsə, demək hamı da bilir ki, intihar baş verməyib, bəs belə olan halda niyə intihar ləkəsini yapışdırırlar”, - deyə yezidi əsgərin əmisi qeyd edib.

Zərərçəkən tərəfin tələbi ilə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan onlarla görüşüb, daha sonra parlamentdə görüşünü davam etdirib. Vəkil Hayarpi Sarkisyan bildirib ki, Köçəryanla həmin hərbi hissədə baş verən bənzər hadisələrlə bağlı söhbət aparıblar.

Ordudakı problemlərlə məşğul olan vəkili Janna Aleksanyan da bu işdə hər şeyin aydın olmadığını təkid edir. Bədənində şiddət izləri var, bunlar əslində intiharı istisna edir. Hüquq müdafiəçisi əmindir ki, hərbçilərin qohumları səs-küy salmasaydılar, bu cinayət işi də intihar kimi qələmə veriləcək və bağlanacaqdı.

“Ümumiyyətlə, hər hansı bir hadisədən sonra bəzi media qurumlarının hadisənin öz versiyasını yazması və həqiqət kimi təqdim etməsi pis bir təcrübədir. Qəzetlərdən birində bir əsgərin əvvəlcə həmkarını güllələdiyi, sonra isə intihar etdiyi yazıldı. Bu, Müdafiə Nazirliyinin işidir. Bu məlumatı intihar versiyası kimi yaymaq üçün ən sevdikləri qəzetlərə verirlər. Amma bu dəfə keçməyəcək. Etiraz dalğasını görürük. Dünən Andranik Köçəryan işin qətl maddəsi ilə araşdırılacağını bildirdi. Buna görə düşünürəm ki, indiki halda intihar versiyasından qaçmaq olar. Bir şey aydındır ki, intihar hadisəsi kimi qələmə verilən bütün hallarda, hadisələrin 90% -i qətllərdir.

Qətlləri intihar kimi qələmə verənlər isə ibtidai istintaq orqanlarıdır. İstintaq aparmadan tez bir şəkildə maddə müəyyən edir və işlərini bitirirlər. Onlar intihar maddəsini yapışdırmaqla hadisəni bir növ mənəvi cəhətdən ailə ilə bağlayır və ibtidai istintaqın hərtərəfli aparılmasından yayınırlar. Ailənin belə bir uşaq tərbiyə etməsi damğasını vuraraq, onların şikayət etmə imkanlarını məhdudlaşdırırlar”, - deyə erməni hüquq müdafiəçisi bildirib.

Aleksanyanın sözlərinə görə, orduda dayanıqlı cəzasızlıq hökm sürdüyünə görə hal-hazırda belə bir vəziyyət yaranıb.

“Həmin hərbi hissədə keçmişdə də dəfələrlə bənzər hadisələr baş verib. Həmin hərbi hissədə cinsi təcavüz hadisəsi də baş verib. Yurik Broyanla bağlı hadisə həmin hərbi hissədə olub. Biz bu hərbi hissədə baş verən yalnız 6-7 hadisədən xəbərdarıq. Maraqlıdır ki, bu fakt MN-in diqqətini çəkmir, bundan nəticə çıxarılmır. 2 ildir ki, inqilab baş verib, amma ordunun mənzərəsi hələ də dəyişməyib. Eyni qaydada orduda əsgərlər qətlə yetirilir, daha sonra qətl barədə əfsanəvi hekayələr formalaşdırlır. Sadəcə bu dəfə həmin ssenarini yerinə yetirməyə müvəffəq ola bilmədilər”, - deyə hüquq müdafiəçisi Aleksanyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Yezidilər   Ölüm  

Qarabağda ölən yezidi əsgərin işi əvvəllər əsgərlərə cinsi təcavüzlər olan hərbi hissədə baş verib

2019/12/00-20-1575881097.jpg
Oxunub: 1229     10:34     10 Dekabr 2019    