Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər naziri Miroslav Layçak ATƏT-in Nazirlər Şurasının iclası zamanı bildirib.
Ermənistanın “Beynəlxalq İnsan İnkişafı Mərkəzi”nin sədri, politoloq Tevan Poğosyanın sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri hansısa yeni bir şeyi bəyan etməyib, eskalasiya təhlükəsi hər zaman olub və Ermənistanın Müdafiə naziri də bu barədə bildirib.
“Biz bu təhlükəni başa düşürük, başqasının deməsi məcburi deyil. Bizim müharibə bitməyib və bu eskalasiya təhlükəsi hər an var”, - deyə eməni politoloq bildirib.
Alpər Mövludoğlu
Ordu.az