Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu qondarma qurumun “rəhbərinin müşaviri” Tiqran Abrahamyan deyib.
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünə toxunan Abrahamyan bildirib ki, görüşün ən müsbət tərəfi növbəti görüşün təyin olunmasıdır.
“Bu, həmçinin ən yüksək səviyyədə görüşün təşkilini planlaşdırır. Lakin bütün bunların ən əsas məsələsi həmsdərlərin öz bəyanatında hansısa bir sənədi danışıqlar əsası kimi təqdim etməsidir. Tərəflər sənədlə bağlı yekun mövqeni elə də bildirməyiblər”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az