Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Adekvat” ictimai təşkilatının idarə heyətinin üzvü Konstantin Ter-Nakalyan Bratislavada baş tutmuş 26-cı ATƏT nazirlər konfransında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın çıxışına toxunarkən deyib.
Onun sözlərinə görə, Paşinyan və onun komandası daxili auditoriyaya reallıqla kəskin ziddiyət təşkil edən mif təqdim edirlər.
“Biz son 48 saat ərizndə Bratislavada nə baş verməsi, görüşün hansı gündəmdə olması barədə hər hansı cavab ala bilmirik”, - deyə təşkilat nümayəndəsi bildirib.
Ter-Nakalyanın sözlərinə qeyd edib ki, Ermənistan və Qarabağın (qondarma qurum-red.) təhlükəsizliyi Paşinyandan, onun şıltaqlılarından, səhvlərindən asıldır.
Alpər Mövludoğlu
Ordu.az