Zatulin Sarkisyanın yanında nə axtarırdı?

2019/11/maxre-1573212898.jpg
Oxunub: 463     16:58     08 Noyabr 2019    
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin İrəvanda KTMT Parlament Assambleyası çərçivəsində jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistandakı daxili-siyasi vəziyyət barədə danışmaqdan imtina edərək, Rusiyanın digər ölkələrin daxili işlərinə qarışmadığını bildirib. Lakin Zatulin bu proseslərin inkişafını yaxından izlədiklərini söyləyib.

Onun sözlərinə görə, Ermənistanda siyasi xadimlərin dəyişməsi baş verib və bir-birlərini qarşılıqlı tanıma prosesi davam edir.

Maraqlıdır ki, Ermənistandakı siyasi xadimlərin dəyişməsinə baxmayaraq, Zatulinin özü köhnə siyasi xadimlərlə daha çox ünsiyyət qurur.

Məsələn, ikinci prezident Robert Köçəryanın dəstəyi və himayədarlığı ilə Ermənistanın keçmiş idarəetmə sistemini müxtəlif yollarla bir araya gətirən “Lazarev adlı” erməni-rus klubunu yaratdı.

Əlbəttə ki, hazırda klubun fəaliyyəti kifayət qədər passiv bir mərhələdədir, bu, bəlkə də Köçəryanın azadlığa çıxması gözləntilərinin reallaşmaması ilə də bağlıdır. Köçəryan keçən il İrəvanda Lazarev Klubunun ilk iclasında iştirak edib.

Köçəryanın həbsdə olması şəraitində, Zatulin mediada yayılan məlumatlara görə, 2006-cı ildə Moskvada ad günü münasibətilə xatirə hədiyyəsi olaraq oyun kazinosu hədiyyə etməklə ünsiyyət qurduğu və “Qardaş, siyasəti burax, bu sənlik deyil”, deyə bildirdiyi Sarkisyanla ünsiyyət saxlayır.

Bir neçə həftə əvvəl Zatulin keçirilən beynəlxalq konfrans çərçivəsində işğal altında olan Qarabağda olub. Həmin günlərdə onun Qarabağda olan Sarkisyanla birlikdə gəzdiyi bildirilir.

Zatulin Sarkisyan barədə yanlış olduğunu başa düşübmü, yoxsa Sarkisyanla ünsiyyət qurarkən Ermənistanda nə olduğunu və nə baş verdiyini anlamağa çalışırdı? Zatulin, eyni zamanda, Sarkisyanın istefa etdiyi və Karen Karapetyanın Baş nazirliyinin baş tutmadığı inqilab günlərində də Ermənistanda səfərdə olub.

Həmin dövrdə Zatulin və bir sıra rus millət vəkilləri hələ Baş nazir olmayan Nikol Paşinyanla görüşüb.

Lakin bir neçə ay keçdikdən sonra, yəni avqust ayında, Köçəryanın həbsindən sonra Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən yeni Ermənistan hökumətinin keçmiş hakimiyyət nümayəndələrini təqib etməyəcəyinə əmin olduğu barədə bəyanat səsləndirilib.

Zəmanətlərin harada və hansı formatda səsləndirildiyini Lavrov açıqlamadı. Ancaq Ermənistan-Rusiya münasibətlərinin daha çoxyönlü kursu və onun özünəməxsus Zatulin funksiyası münasibətlərin dəyişdirilməsinin qaçılmaz olduğunu göstərir, sadəcə mövqe mübarizəsi getmir, həm də yalnız ikitərəfli deyil, eyni zamanda bəlkə də diqqət çəkən məqam ondan ibarətdir ki, bu mübarizə köhnə hakimiyyət də daxil olmaqla çoxşaxəli aparılır.

Bu sistem erməni-rus münasibətlərinin xarakterinin dəyişdirilməsinin fundamental əhəmiyyətini mükəmməl şəkildə özündə cəmləşdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Zatulin   Sarkisyan  

Zatulin Sarkisyanın yanında nə axtarırdı?

2019/11/maxre-1573212898.jpg
Oxunub: 466     16:58     08 Noyabr 2019    