Romik Mxitaryan “Yerkrapah” hərbi təşkilatının Mərkəzi Ərazi bölməsinin sədri vəzifəsinə namizəd kimi irəli sürülməzdən əvvəl Şenqavit Ərazi Bölməsinin rəisi olub. Məhz bu, mərkəzi bölmənin keçmiş döyüşçülərinin narazılığına səbəb olub ki, rəhbər bölmə təsisçilərindən yox, Şenqavit bölməsinin keçmiş rəhbəri seçilir.
“Yerkrapah” hərbi təşkilatının sədri Sasun Mikayelyan oktyabrın 27-də Yertablurda, mərkəzi bölmədə baş vermiş hadisəni şərh edərkən “Yerkrapah”ın təmizləndiyini deyib. Bu ifadənin nə qədər düzgün olub-olmaması ilə bağlı verilən suala cavab olaraq Romik Mxitaryan qeyd edib ki, təmizlənmə prosesi var.
“Təmizlənmə prosesi var, çünki ümumiyyətlə döyüşlə əlaqəsi olmayan çoxlu sayda qeydə alınmış üzvlər var. Yəqin ki, Sasun Mikayelyan konkret olaraq bu oğlanları yox, bunu nəzərdə tutub”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az